Biznesinizin Çindəki Gözü
İşimiz Çindən toplu alışlarınızı təşkil edərək, Azərbaycana çatdırılma xərclərinizi minimuma endirməkdir.
Şirkət Haqqında
Şirkətimizin təməli Çin ilə biznes əlaqələri qurmaq istəyən azərbaycanlı alıcılara peşəkar və etibarlı xidmət göstərmək üçün 2019-cu ildə Mikayıl Bayramov tərəfindən qoyulmuşdur.
Komandamız araşdırmadan tutmuş ixracata qədər, Çində təchizat prosesiniz zamanı ehtiyac duya biləcəyiniz bütün sahələrdə biznesiniz üçün sizə dəstək təklif edir.
Dəyərlərimiz
Biz həmişə əlavə dəyər yaratmalı və müştərilərimizin gözləntilərini aşmaq üçün özümüzü daim təkmilləşdirməliyik. Biz hər kəsin faydalana biləcəyi ən yaxşı və ən etibarlı satınalma komandası olmalıyıq.
Yaxşı və ya pis, bütün məlumatlar dərhal bütün əlaqəli şəxslərə çatdırılmalıdır ki, dəqiq qərarlar qəbul edilsin. Bizə verilən bütün tapşırıqlara nəzarət edilməli və gecikmədən cavablandırılmalıdır.
İnkişaf Yolumuz
2019-cu ildən bugünə qədər addım-addım böyüyərək Azərbaycan€“Çin ticarətinin etibarlı körpüsünə çevrildik.
Azərbaycanlı sahibkarların Çinlə bağlı ehtiyaclarını qarşılamaq üçün şirkətimizin təməli qoyuldu.
Müştərilərlə əlaqəni rahatlaşdırmaq niyyəti ilə yeni veb-saytımız istifadəyə verildi.
Daha sürətli əlaqə və müştərilərimizin rahatlığı üçün Bakı ofisimiz açıldı, eyni zamanda Çin avtomobillərinin satışı ilə məşğul olan Evmotors şirkəti yaradıldı.
Çin avtomobillərinin bütün növ ehtiyat hisSələrinin satışı ilə məşğul olan Evparts şirkəti, həmçinin Yiwu şəhərində Salam Baku Restaurant fəaliyyətə başladı.
Inmotion Group Nəzdindəki Şirkətlər
Çin bazarı ilə beynəlxalq ticarət, logistika xidmətləri və qlobal tədarük zəncirinin effektiv idarə olunması sahəsində biznesiniz üçün etibarlı, peşəkar və operativ həllər təqdim edən şirkət
Çin avtomobillərinin bütün növ ehtiyat hisSələrinin topdan və pərakəndə satışı ilə məşğul olan şirkət
Çin avtomobillərinin satışı üzrə ixtisaslaşmış, güvənli və geniş seçim imkanı təqdim edən şirkət
Çinin Yiwu şəhərində fəaliyyət göstərən, qonaqlarına Azərbaycan mətbəxinin təamlarını təqdim edən restoran
Üstünlüklərimiz
Biz Yiwudakı ofisimizlə Çindəki satınalma departamentiniz kimi fəaliyyət göstəririk. Satınalma agentiniz olaraq, alış xərclərinizi azaltmaq məqSədilə prosesləri daha Səmərəli edirik.
Komandamız
Baş Direktor / Təsisçi
Çinli təchizatçılarla işləyərək Azərbaycanda bir neçə uğurlu biznes başladan Mikayıl Bayramov 2019-cu ildə şirkətin təməlini qurmuşdur. Hazırda bütün müştərilərlə xüsusilə maraqlanmaqla yanaşı təcrübə və biliklərini sosial media hesablarından izləyiciləri ilə paylaşır.
Xidmətlərimiz
Komandamız 24 saat ərzində istədiyiniz məhsulu ən Səmərəli və beynəlxalq standartlara cavab verən mənbədən tapır.
İstəkləriniz əsasında tədarükçü ilə danışıqların aparılmasını, müvafiq Sənədlərin hazırlanmasını və alışı həyata keçiririk.
Ən sürətli daşıma xidmətimiz olub konteynerlərinizi 3-7 gün ərzində sizə çatdırır.
Hava yolundan daha ucuz, dəniz yolundan daha sürətli daşınma həlli.
Ən aşağı maya dəyəri ilə yanaşı ekoloji cəhətdən də ən təmiz daşınma üsulu.
Çinli tədarükçülər məhsullar defekt, ya da istədiyiniz ölçü, rəng və ya sayda olmadıqda geri götürməmələri ilə bilinir. Biz bütün bu riskləri sıfıra endirmək üçün həm istehsalat ərzində, həm də məhsullar hazırlandıqdan sonra geniş yoxlama aparırıq.
Birlikdə Çalışmaqdan Məmnunuq
Əlaqə
Sorğularınızı aşağıdakı əlaqə məlumatlarından istifadə edərək yerli mütəxəssislərimizə bildirin.
Babək prospekti 22, Bakı, Azərbaycan
Jinfuyuan Building A10-A1005, Yiwu, Zhejiang, Çin