Müştərilərimizə unikal əməkdaşlıq təcrübəsi veririk.

Şirkətimizin təməli Çin ilə biznes əlaqələri qurmaq istəyən azərbaycanlı alıcılara peşəkar və etibarlı xidmət göstərmək üçün 2019-cu ildə Mikayıl Bayram tərəfindən qoyulmuşdur. Komandamız araşdırmadan tutmuş ixracata qədər, Çində təchizat prosesiniz zamanı ehtiyac duya biləcəyiniz bütün sahələrdə biznesiniz üçün sizə dəstək təklif edir.

Seçdiyiniz məhsul məlumatlarını alıb 24 saat ərzində sorğunuzu istehsalçıdan birbaşa qiymət təklifi ilə cavablayırıq. Daha sonra məhsulun həcm və çəkisinə uyğun olaraq daşınma xərclərini deyirik.
Hava yolu ilə 3-7 günə (Gömrük xaric), su yolu ilə karqo vasitəsilə 40-50 günə (İstəkdən asılı olaraq Gömrük xidməti göstərilə bilər)
Bank ödənişləri, Paypal, Kartdan Karta (Azərbaycan kartları)
Çin ilə ticarətlə məşğulsunuzsa sizə biz lazımıq. Çünki biz 24 saat ərzində sorğuları cavablayırıq, 6 ixtisaslaşmış kadrla xidmət göstəririk və bütün xərclərinizi nəzərə alaraq konsultasiya veririk.
0 +
İllik Təcrübə
0 +
Təchizatçı Partnyor
0+
Aktiv Müştəri
0+
Çatdırılmış Konteyner
About Inmotion Trading

Niyə Biz?

Biz Yivudakı ofisimizlə Çindəki satınalma departamentiniz kimi fəaliyyət göstəririk. Satınalma agentiniz olaraq, alış xərclərinizi azaltmaq məqSədi ilə prosesləri daha Səmərəli edirik. Hazırkı təşkilatımız Azərbaycanda 2 işçi, Çində (Yivu) 6 işçidən ibarətdir. Bundan əlavə, 145-ə yaxın aktiv təchizatçıdan ibarət şəbəkəmiz var. Müştərilərimiz təcrübəli və peşəkar satınalma komandasından xüsusi diqqət və xidmət alaraq böyük bir alış qrupuna aid olmağın üstünlüklərindən faydalana bilirlər.

Company values

Komandamız

Bizim ekspert komandamızla tanış olun

Our mission
Mikayıl Bayramov
Inmotion Group CEO / Rəhbər

Çindəki tədarükçülərlə çalışaraq Azərbaycanda bir neçə uğurlu biznes başladan Mikayıl Bayramov, aldığı təhsil və qazandığı təcrübə ilə biznes sahiblərinin ehtiyaclarını ödəmək üçün 2019-cu ildə "Inmotion Trading Co., Limited" şirkətini və 2022-ci ildə "Evmotors" şirkətini qurmuşdur. Hazırda hər iki şirkətin Rəhbər vəzifəsində çalışan Mikayıl Bayramov, şirkətin bütün müştəriləri üçünhəll tapma mərhələsində komanda ilə iştirak edir.

Our vision
Murad İsmayılzadə
Logistika mütəxəssisi

Murad, Eskişehir Texniki Universitetində Təchizat Zənciri və Sənaye Mühəndisliyi üzrə magistr dərəcəsi və 5 illik Logistika İdarəetmə təcrübəsi ilə qiymət danışıqları,satınalma sifarişlərinin verilməsi, sifarişlərin izlənməsi və idarə edilməsi, avadanlıq və material inventarının saxlanması daxil olmaqla, şirkətimizin satınalma vəlogistika fəaliyyətlərinə nəzarət edir.

Our team
Məsud Bəşirov
Evparts MMC Direktor

Məsud - Beynəlxalq münasibətlər və maliyyə sahəsində güclü akademik baza ilə bank sektorunda 7 ildən artıq təcrübəyə malik peşəkar.Bakalavr təhsilini Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə tamamladıqdan sonra, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə magistr dərəcəsi almışdır. 2017-ci ildən etibarən Unibank və Yelo Bank kimi nüfuzlu banklarda satış, müştəri xidməti və idarəetmə sahələrində fəaliyyət göstərmiş, müştəri yönümlü yanaşması və strateji baxışı ilə fərqlənmişdir.Bank sahəsində dayanıqlı təcrübəsi, analitik düşüncəsi və liderlik bacarıqları onu həm komandada, həm də fərdi işdə uğurlu nəticələrə aparmışdır.

Our services
Kamil Əlizadə
Avtomobil, logistika mütəxəssisi

Kamil Əlizadə müştərilərimizə beynəlxalq logistik əməliyyatların idarə olunmasında və elektrikli maşın məsləhətçisi olaraq Nanjiing Universitetinin Təchizat Zəncirində MBA dərəcəsi və 5 dildə Sərbəst danışıq qabiliyyəti ilə kömək edir.

Contact us
Murad Qarayev
Tikinti tədarük mütəxəssisi

Azərbaycan Texniki Universitetində Fövqəladə Hallar və Həyat Təhlükəsizliyi Mühəndisliyi məzunu Murad Qarayev Çin təchizatçılarını yaxından araşdıraraq Bakıdakı tikinti bizneslərindən yaxşı materialları tapmaqda kömək edir.

Office location
Fərid Bayramov
Tekstil mütəxəssisi

Şanxay Donxua Universitetində Tekstil Mühəndisliyi təhsili almış Fərid Bayramov hazırda "Ev Tekstili" və "Pərdəlik Parça" Mütəxəssisi olaraq müştərilərimizin ehtiyaclarını qarşılamağa kömək edir.

Logistics
Kənan Əhmədli
Evmotors Satış direktoru

8 illik iş təcrübəsi ilə beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış Kənan Əhmədli Bakı ofisimizdən Təchizat Zənciri Mütəxəssisi olaraq fəaliyyət göstərir.

Shipping
Abbas Əsgərov
Futian Bazar mütəxəssisi

Zhejiang Normal Universitetinin Çin Biznesi məzunu Abbas yükSək məhsul araşdırması və müqayiSə bacarıqları ilə müştərilərimizə Futian bazarındaən yaxşı məhsulları əldə etməyə kömək edir.

Warehouse
Fərid Abbaslı
Tekstil meneceri

Şanxay Beynəlxalq Tədqiqat Universitetinin məzunu Fərid,hazırda Ev Tekstili sektorunda müştərilərimizə kömək edir.

Cargo handling
Vüsal Zərbəliyev
Satış mütəxəssisi

Vüsal Zərbəliyev, EV Parts və EV Motors şirkətində satış mütəxəssisi olaraq fəaliyyət göstərir. O, elektrikli nəqliyyat vasitələrinin ehtiyat hisSələri və mühərrikləri sahəsində mütəxəssisdir. Vüsal, müştərilərə yükSək keyfiyyətli məhsul və xidmətlər təqdim edərək şirkətinin inkişafına çalışır. O,müştəri məmnuniyyətini ön planda tutaraq satış proseslərini optimallaşdırmağa və yeni bazar imkanlarını araşdırmağa yönəlir.

Supply chain
Ahmed Taylan
Elektronik məhsul mütəxəssisi

Ahmet Taylan Nankin Universitetində MBA dərəcəsi almış elektronik məhsul mütəxəssisi olaraq müştərilərimizə xarici ticarət prosedurlarında köməklik göstərir.

Import export
İsmayıl Haxızadə
Ehtiyat hisSələri üzrə satış təmsilçisi

Odlar Yurdu Universitetinin menecer bakalavr pilləsinin məzunu İsmayıl Haxızadə, Dövlət qurumları və özəl sektorlarda, idarə etmə və satış təmsilçisi kimi böyük Sərgüzəşlər göstərmişdir. Hal-hazırda İsmayıl Çin avtomobillərinin ehtiyat hisSələrinin bazar araşdırmasını edərək, müştərilərimiz üçün ən ideal qiymətləri çıxarmağa kömək edir və ehtiyat hisSələrinin satışında əvəzedilməz rol oynayır.

Trading
Adil Əhmədov
Satış təmsilçisi və anbardar

Operations
Zhang Yao
Ofis Meneceri

Partners
Fəqani Qayıbov
Anbardar köməkçisi

Certifications
Aliya Amanova
Dizayner

Qrafik dizayn və kommunikasiya sahəsində təcrübəsiylə Aliyə vizualların hazırlanmasında və sosial media varlığımızın idarə edilməsində mühüm rol oynayır. O, mürəkkəb ideyaları mesajımızı və marka tanınırlığını gücləndirən cəlbedici kontentlərə çevirir.

İndi əlaqəyə keç!

Biznesinizə dəstək olmaqdan məmnun olarıq.

ƏLAQƏ ÜÇÜN KLİKLƏYiN!