Müştərilərimizə unikal əməkdaşlıq təcrübəsi veririk.

Şirkətimizin təməli Çin ilə biznes əlaqələri qurmaq istəyən azərbaycanlı alıcılara peşəkar və etibarlı xidmət göstərmək üçün 2019-cu ildə Mikayıl Bayram tərəfindən qoyulmuşdur. Komandamız araşdırmadan tutmuş ixracata qədər, Çində təchizat prosesiniz zamanı ehtiyac duya biləcəyiniz bütün sahələrdə biznesiniz üçün sizə dəstək təklif edir.

Seçdiyiniz məhsul məlumatlarını alıb 24 saat ərzində sorğunuzu istehsalçıdan birbaşa qiymət təklifi ilə cavablayırıq. Daha sonra məhsulun həcm və çəkisinə uyğun olaraq daşınma xərclərini deyirik.
Hava yolu ilə 3-7 günə (Gömrük xaric), su yolu ilə karqo vasitəsilə 40-50 günə (İstəkdən asılı olaraq Gömrük xidməti göstərilə bilər)
Bank ödənişləri, Paypal, Kartdan Karta (Azərbaycan kartları)
Çin ilə ticarətlə məşğulsunuzsa sizə biz lazımıq. Çünki biz 24 saat ərzində sorğuları cavablayırıq, 6 ixtisaslaşmış kadrla xidmət göstəririk və bütün xərclərinizi nəzərə alaraq konsultasiya veririk.
0 +
İllik Təcrübə
0 +
Təchizatçı Partnyor
0 +
Aktiv Müştəri
0 +
Çatdırılmış Konteyner

Niyə Biz?

Biz Yivudakı ofisimizlə Çindəki satınalma departamentiniz kimi fəaliyyət göstəririk. Satınalma agentiniz olaraq, alış xərclərinizi azaltmaq məqsədi ilə prosesləri daha səmərəli edirik. Hazırkı təşkilatımız Azərbaycanda 2 işçi, Çində (Yivu) 6 işçidən ibarətdir. Bundan əlavə, 145-ə yaxın aktiv təchizatçıdan ibarət şəbəkəmiz var. Müştərilərimiz təcrübəli və peşəkar satınalma komandasından xüsusi diqqət və xidmət alaraq böyük bir alış qrupuna aid olmağın üstünlüklərindən faydalana bilirlər.

Komandamız

Mikayil Bayramov
Mikayıl Bayramov
Baş Direktor / Təsisçi

Çinli təchizatçılarla işləyərək Azərbaycanda bir neçə uğurlu biznesə başlaması 2019-cu ildə şirkəti qurmağa vadar edib.

Farid Bayramov
Fərid Bayramov
Tekstil Mütəxəssisi

Şanxay Donxua Universiteti Tekstil Mühəndisliyi məzunu hazırda müştərilərimizə Ev Tekstili və Pərdəlik Parça Mütəxəssisi olaraq kömək edir.

Jiang Yuying (Joini)
Jiang Yuying (Joini)
Ofis Meneceri

Şanxay İnstutda Vizual İncəsənət oxuması Ofis Menecerliyindən əlavə şirkətimiz üçün vizuallar yaratmasına imkan yaradır.

Farid Abbasli
Fərid Abbaslı
Ev Tekstili Meneceri

Şanxay Beynəlxalq Tədqiqatlar Universiteti məzunu hazırda Ev Tekstili sektorunda müştərilərimizə kömək edir.

Abbas Esgerov
Abbas Əsgərov
Futian Market Mütəxəssisi

Zhejiang Normal Universitetinin Çin Biznesi məzunu Abbas yüksək məhsul araşdırma və müqayisə bacarıqları ilə Futian Bazarında ən yaxşı məhsulları əldə etməyə kömək edir.

Kamil Alizade
Kamil Əlizadə
Electric Vehicle Expert

Kamil müştərilərimizə beynəlxalq logistik əməliyyatların təşkilində və idarə olunmasında Nanjiing Universitetinin Təchizat Zəncirində MBA dərəcəsi və 5 dildə sərbəst danışıq qabiliyyəti ilə kömək edir.

Kanan Ahmadli
Kanan Ahmadli
Satınalma Meneceri

Beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış Kənan 8 il iş təcrubəsi ilə şirkətin satınalma imkanlarını və təchizat zəncirini idarə etməklə və ən sərfəli sövdələşmələri əldə etməklə xərclərinizi azaltmağa kömək edəcək.

Ahmet Taylan
Ahmet Taylan
Sourcing Specialist

Ahmet müştərilərimizə xarici ticarət prosedurlarında Nanjing Universitetinin MBA bakalavr dərəcəsi ilə xarici ticarət mütəxəssisi kimi kömək edir.

Murad Ismayilzade
Murad Ismayilzade
Logistika Meneceri / Bakı Ofisi

Murad oversees our company's procurement and logistics activities, including price negotiation, issuance of purchase orders, order tracking and management, and maintaining equipment and material inventory with a master's degree in Supply Chain and Industrial Engineering at Eskisehir Technical University and 5 years of Logistics Management experience.

Amin Huseynli
Amin Huseynli
Vizual Kommunikasiya Dizayneri

Qrafik dizayn və kommunikasiya sahəsində təcrübəsiylə Amin vizualların hazırlanmasında və sosial media varlığımızın idarə edilməsində mühüm rol oynayır. O, mürəkkəb ideyaları mesajımızı və marka tanınırlığını gücləndirən cəlbedici kontentlərə çevirir.

Murad Qarayev
Murad Qarayev
İnşaat Tədarük Mütəxəssisi

Azərbaycan Texniki Universitetində Fövqəladə Hallar və Həyat Təhlükəsizliyi Mühəndisliyi məzunu Murad Qarayev Çin təchizatçılarını yaxından araşdıraraq Bakıdakı tikinti bizneslərinə ən yaxşı materialları tapmaqda kömək edir.

Mərhələlər

  • Şirkətin Təməli

    Azərbaycanlı sahibkarların Çinlə bağlı ehtiyaclarını qarşılamaq üçün şirkətimiz təməli qoyuldu.

    2019
  • İstifadəçi Dostu Vebsayt

    Müştərilərlə əlaqəni rahatlaşdırmaq niyyəti ilə yeni vebsayt istifadəyə verildi.

    2021
  • Yeni Bakı Ofisi

    Daha sürətli əlaqə və müştərilərimizin rahatlığı üçün Bakı ofisimiz açıldı.

    2022