Image
Call Us Now: +994 50 236 16 96

Müştərilərimizə unikal əməkdaşlıq təcrübəsi veririk.

Şirkətimizin təməli Çin ilə biznes əlaqələri qurmaq istəyən azərbaycanlı alıcılara peşəkar və etibarlı xidmət göstərmək üçün 2019-cu ildə Mikayıl Bayram tərəfindən qoyulmuşdur. Komandamız araşdırmadan tutmuş ixracata qədər, Çində təchizat prosesiniz zamanı ehtiyac duya biləcəyiniz bütün sahələrdə biznesiniz üçün sizə dəstək təklif edir.

Seçdiyiniz məhsul məlumatlarını alıb 24 saat ərzində sorğunuzu istehsalçıdan birbaşa qiymət təklifi ilə cavablayırıq. Daha sonra məhsulun həcm və çəkisinə uyğun olaraq daşınma xərclərini deyirik.
Hava yolu ilə 3-7 günə (Gömrük xaric), su yolu ilə karqo vasitəsilə 40-50 günə (İstəkdən asılı olaraq Gömrük xidməti göstərilə bilər)
Bank ödənişləri, Paypal, Kartdan Karta (Azərbaycan kartları)
Çin ilə ticarətlə məşğulsunuzsa sizə biz lazımıq. Çünki biz 24 saat ərzində sorğuları cavablayırıq, 6 ixtisaslaşmış kadrla xidmət göstəririk və bütün xərclərinizi nəzərə alaraq konsultasiya veririk.
0 +
İllik Təcrübə
0
Təchizatçı Partnyor
0 +
Aktiv Müştəri
0 +
Çatdırılmış Konteyner
solution-image03

Niyə Biz?

Biz Yivudakı ofisimizlə Çindəki satınalma departamentiniz kimi fəaliyyət göstəririk. Satınalma agentiniz olaraq, alış xərclərinizi azaltmaq məqsədi ilə prosesləri daha səmərəli edirik. Hazırkı təşkilatımız Azərbaycanda 2 işçi, Çində (Yivu) 6 işçidən ibarətdir. Bundan əlavə, 145-ə yaxın aktiv təchizatçıdan ibarət şəbəkəmiz var. Müştərilərimiz təcrübəli və peşəkar satınalma komandasından xüsusi diqqət və xidmət alaraq böyük bir alış qrupuna aid olmağın üstünlüklərindən faydalana bilirlər.

Image

Komandamız

Məsləhət və ən yaxşı təcrübə öz komandamızdan

Mikayil Bayramov
Mikayıl Bayramov
Baş Direktor / Təsisçi

Çində təchizatçılarla işləyən Mikayıl Bayramov Azərbaycanda bir neçə biznesə uğurla başlayıb. O, təhsili və təcrübəsi ilə biznes sahiblərinin ehtiyaclarını qarşılamaq üçün 2019-cu ildə 'Inmotion Trading Co., Limited' və 2022-ci ildə 'Evmotors' şirkətlərini qurdu. Hazırda hər iki şirkətin direktoru vəzifəsində çalışan Mikayıl Bayramov komanda ilə birlikdə şirkətin bütün müştərilərinin həlli prosesində fəal iştirak edir.

Murad Ismayilzade
Murad İsmayılzadə
Logistika Meneceri / Bakı Ofisi

Murad, Eskişehir Texniki Universitetində Təchizat Zənciri və Sənaye Mühəndisliyi üzrə magistr dərəcəsi və 5 illik Logistika İdarəetmə təcrübəsi ilə qiymət danışıqları, satınalma sifarişlərinin verilməsi, sifarişlərin izlənməsi və idarə edilməsi, avadanlıq və material inventarının saxlanması daxil olmaqla, şirkətimizin satınalma və logistika fəaliyyətlərinə nəzarət edir. .

Masud Bashirov
Masud Bashirov
Head of Sales and Marketing

Məsud - Beynəlxalq münasibətlər və maliyyə sahəsində güclü akademik baza ilə bank sektorunda 7 ildən artıq təcrübəyə malik peşəkar.Bakalavr təhsilini Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə tamamladıqdan sonra, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə magistr dərəcəsi almışdır. 2017-ci ildən etibarən Unibank və Yelo Bank kimi nüfuzlu banklarda satış, müştəri xidməti və idarəetmə sahələrində fəaliyyət göstərmiş, müştəri yönümlü yanaşması və strateji baxışı ilə fərqlənmişdir.Bank sahəsində dayanıqlı təcrübəsi, analitik düşüncəsi və liderlik bacarıqları onu həm komandada, həm də fərdi işdə uğurlu nəticələrə aparmışdır.

Kamil Alizade
Kamil Əlizadə
Elektrikli Nəqliyyat Mütəxəssisi

Kamil Əlizadə müştərilərimizə beynəlxalq logistik əməliyyatların idarə olunmasında və elektrikli maşın məsləhətçisi olaraq Nanjiing Universitetinin Təchizat Zəncirində MBA dərəcəsi və 5 dildə sərbəst danışıq qabiliyyəti ilə kömək edir.

Murad Qarayev
Murad Qarayev
İnşaat Tədarük Mütəxəssisi

Azərbaycan Texniki Universitetində Fövqəladə Hallar və Həyat Təhlükəsizliyi Mühəndisliyi məzunu Murad Qarayev Çin təchizatçılarını yaxından araşdıraraq Bakıdakı tikinti bizneslərinə ən yaxşı materialları tapmaqda kömək edir.

Amin Huseynov
Amin Hüseynov
Vizual Kommunikasiya Dizayneri

Qrafik dizayn və kommunikasiya sahəsində təcrübəsiylə Amin vizualların hazırlanmasında və sosial media varlığımızın idarə edilməsində mühüm rol oynayır. O, mürəkkəb ideyaları mesajımızı və marka tanınırlığını gücləndirən cəlbedici kontentlərə çevirir.

Farid Bayramov
Farid Bayramov
Tekstil Mütəxəssisi

Şanxay Donxua Universiteti Tekstil Mühəndisliyi məzunu hazırda müştərilərimizə Ev Tekstili və Pərdəlik Parça Mütəxəssisi olaraq kömək edir.

Abbas Esgerov
Abbas Əsgərov
Futian Market Mütəxəssisi

Zhejiang Normal Universitetinin Çin Biznesi məzunu Abbas yüksək məhsul araşdırma və müqayisə bacarıqları ilə Futian Bazarında ən yaxşı məhsulları əldə etməyə kömək edir.

Farid Abbasli
Farid Abbaslı
Ev Tekstili Meneceri

Şanxay Beynəlxalq Tədqiqatlar Universiteti məzunu hazırda Ev Tekstili sektorunda müştərilərimizə kömək edir.

Jiang Yuying (Joini)
Jiang Yuying (Joini)
Ofis Meneceri

Şanxay İnstutda Vizual İncəsənət oxuması Ofis Menecerliyindən əlavə şirkətimiz üçün vizuallar yaratmasına imkan yaradır.

Kanan Ahmadli
Kənan Əhmədli
Satınalma Meneceri

Beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış Kənan 8 il iş təcrubəsi ilə şirkətin satınalma imkanlarını və təchizat zəncirini idarə etməklə və ən sərfəli sövdələşmələri əldə etməklə xərclərinizi azaltmağa kömək edəcək.

Ahmet Taylan
Ahmet Taylan
Məhsul Axtarışı Mütəxəssisi

Ahmet müştərilərimizə xarici ticarət prosedurlarında Nanjing Universitetinin MBA bakalavr dərəcəsi ilə xarici ticarət mütəxəssisi kimi kömək edir.

İsmayıl Haxizada
İsmayıl Haxizada
Ehtiyat hissələri üzrə satış təmsilçisi

Odlar Yurdu Universitetinin menecer bakalavr pilləsinin məzunu İsmayıl Haxızadə, Dövlət qurumları və özəl sektorlarda, idarə etmə və satış təmsilçisi kimi böyük sərgüzəşlər göstərmişdir. Hal-hazırda İsmayıl Çin avtomobillərinin ehtiyat hissələrinin bazar araşdırmasını edərək, müştərilərimiz üçün ən ideal qiymətləri çıxarmağa kömək edir və ehtiyat hissələrinin satışında əvəzedilməz rol oynayır.

Vusal Zarbaliyev
Vüsal Zərbəliyev
Satış mütəxəssisi

Vüsal Zərbəliyev, EV Parts və EV Motors şirkətində satış mütəxəssisi olaraq fəaliyyət göstərir. O, elektrikli nəqliyyat vasitələrinin ehtiyat hissələri və mühərrikləri sahəsində mütəxəssisdir. Vüsal, müştərilərə yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim edərək şirkətinin inkişafına çalışır. O,müştəri məmnuniyyətini ön planda tutaraq satış proseslərini optimallaşdırmağa və yeni bazar imkanlarını araşdırmağa yönəlir.